Modern.az

Putin Qərblə böyük müqavilə bağlamaq istəyir - Kalın

Putin Qərblə böyük müqavilə bağlamaq istəyir - Kalın

Aktual

9 Oktyabr 2022, 10:11

Türkiyə Rusiya prezidenti Vladimir Putinin Qərblə yeni müqavilə bağlamaq istəyini anlayır.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın CNN telekanalına müsahibəsində deyib.
 

Onun sözlərinə görə, Kreml hesab edir ki, sabiq prezidentlər Qorbaçov və Yeltsinin dövründə imzalanmış sazişlər mövcud vəziyyəti əks etdirmir, buna ona görə də Rusiya yeni müqavilə bağlamaq istəyir.
 

"Türkiyə Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların bərpası ehtimalının olduğuna inanır. Əsas məsələ bunun nə vaxt baş tutacağı və ondan əvvəl nə qədər zərərin olacağıdır", - Ərdoğanın sözçüsü qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı