Qırğızıstan Müdafiə Nazirliyi “Sarsılmaz qardaşlıq - 2022” komanda-qərargah təlimlərini ləğv etmək qərarına gəlib.
Modern.az xəbər verir ki, təlimlər oktyabrın 10-dan 14-dək Edelveys poliqonunda keçirilməli idi.
Təlimlərin ləğv edilmə səbəbi açıqlanmayıb.
Qeyd edək ki, təlimlərə 6,5 mindən çox şəxs, 850-dən çox hərbi və xüsusi texnika, o cümlədən təyyarələr, helikopter, PUA-lar cəlb olunacaqdı. Bundan əlavə, təlimdə Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın sülhməramlı kontingentinin iştirakı nəzərdə tutulurdu.
Xatırladaq ki, 2012-ci ildən bəri KTMT-nin sülhməramlı qüvvələri ilə “Sarsılmaz Qardaşlıq” təlimləri keçirilir.