Modern.az

"Qarabağ" - "Olimpiakos" matçının biletləri satışa çıxarıldı

Aktual

9 Oktyabr 2022, 12:20

"Qarabağ" klubunun Bakıda Yunanıstan "Olimpiakos"una qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu üçün biletlər satışa çıxarılıb.

 

Klubdan Modern.az-a verilən məlumata görə, qiymətlər müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

 

Biletləri matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, Iticket.az-ın satış məntəqələrindən (onlayn satış), Ağdam təmsilçisinin Park Bulvardakı fan-şopundan, eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərindən almaq olar.

 

Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı