Modern.az

İrəvanda partlayış oldu: Yaralılar var 

İrəvanda partlayış oldu: Yaralılar var 

Aktual

9 Oktyabr 2022, 12:05

Ermənistanın paytaxtı İrəvanın Baqratunyats küçəsində yerləşən hosteldə partlayış olub.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Hadisə nəticəsində 2 nəfər yaralanıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

 

Partlayışdan sonra güclü yanğın başlayıb. Yanğının söndürülməsinə yanğınsöndürən briqadası cəlb olunub. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!