Modern.az

ABŞ Ukraynaya yeni raket sistemləri göndərir

ABŞ Ukraynaya yeni raket sistemləri göndərir

Aktual

9 Oktyabr 2022, 12:44

Amerika Birləşmiş Ştatları ən son NASAMS hava hücumundan müdafiə sistemlərini Ukraynaya çatdırmaq niyyətindədir.

 

Modern.az xəbər verir ki, Kiyev NASAMS zenit-raket kompleksinin iki batareyasını ala bilər. Amerikalılar üçün bu, 182 milyon dollara başa gələcək.

 

İki batareya ilə birlikdə Ukrayna səkkiz buraxılış qurğusu və radarlarla təchiz edilmiş komanda məntəqəsi alacaq.

 

HHM sisteminin yaxın iki ay ərzində çatdırılması gözlənilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı