"Taxıl dəhlizi"nin həyata keçirilməsi çərçivəsində oktyabrın 9-da Ukrayna ərzaq məhsulları ilə dolu daha 13 gəmi Odessa limanlarını tərk edib.
Modern.az-ın xəbərinə görə, gəmilərin göyərtəsində ümumilikdə 230,7 min ton kənd təsərrüfatı məhsulu var və onlar Asiya, Afrika və Avropa ölkələrinə yola salınıb.
Xatırladaq ki, iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanını tərk edib.