Modern.az

Rusiya Ukrayna ilə bağlı qərar verəcək - Bu tarixdə

Rusiya Ukrayna ilə bağlı qərar verəcək - Bu tarixdə

Aktual

9 Oktyabr 2022, 15:45

Rusiya Ukrayna ilə viza rejiminə keçilməsi məsələsi ilə bağlı qərarı 2023-cü ilin yanvarında qəbul edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya XİN-in MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişuk TASS agentliyinə müsahibəsində məlumat verib.

 

İyun ayında Ukrayna Rusiya ilə 1997-ci ildə bağlanmış vizasız gediş-gəliş barədə sazişə xitam verib və iyulun 1-dən rusiyalıların Ukraynaya vizasız girişinə qadağa qoyulub.

 

Sazişin şərtlərinə əsasən, sənəd 2023-cü ilin yanvarına kimi qüvvədədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı