Modern.az

Byazi püşkü dəyərləndirdi: Asan qrup deyil

Byazi püşkü dəyərləndirdi: Asan qrup deyil

Aktual

9 Oktyabr 2022, 18:03

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi AVRO-2024-cü seçmə mərhələsinin püşkünü dəyərləndirib.

 

Modern.az xəbər verir ki, italiyalı mütəxəsss AFFA-nın mətbuat xidmətinə açıqlamasında yığmamızın çətin qrupa düşdüyünü bildirib:

 

"Əlbəttə, püşkün məhz belə nəticələnməsini istədiyimizi desək, doğru olmazdı. Asan qrup deyil. Rəqiblərimizi ayrı-ayrılıqda dəyərləndirməli olsaq, təbii ki, qrupun aşkar favoriti Belçika millisidir. Eyni zamanda, digər iki komandanı - İsveç və Avstriya millilərini də xüsusi qeyd etməliyik. Belə güclü rəqiblərlə rəqabət apara bilmək üçün daha artıq çalışmalı, daha çox fədakarlıq etməliyik".

 

Xatırladaq ki, millimiz F qrupunda Belçika, İsveç, Avstriya və Estoniya ilə mübarizə aparacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı