Çinin 12 hərbi təyyarəsi və 4 gəmisi Tayvan sərhədində manevrlər edir.
Modern.az xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi tviterdə məlumat yayıb.
İddia olunur ki, manevrlər zamanı iki təyyarə - "Su-30" qırıcısı və "BZK-005" tipli kəşfiyyat pilotsuz təyyarəsi Tayvan boğazının sözdə median xəttini keçib.