Modern.az

“Qarabağ”ın oyununa ilk gündə 22 min bilet satıldı

“Qarabağ”ın oyununa ilk gündə 22 min bilet satıldı

Aktual

10 Oktyabr 2022, 09:58

Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Olimpiakos” (Yunanıstan) matçına bilet satışı davam edir.

 

Modern.az xəbər verir ki, ilk gündə oyuna 22 min bilet satılıb.

 

Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

 

Satış məntəqələri:

 

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);

 

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

 

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək),

 

Oktyabrın 13-də keçiriləcək bu qarşılaşmaya saat 20:45-də start veriləcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı