"Bu gün səhər saatlarında raket hücumu səbəbindən Kiyevin mərkəzində 3-4 partlayış olub. Hazırda bir maşının partlamasının şahid oldum".
Bunu Modern.az-a Kiyevdəki son vəziyyət barədə danışan AzərTAC-ın Ukraynadakı müxbiri Emil Hüseynli bildirib.
Onun sözlərinə görə, raket hücumu nəticəsində Kiyevdə ölən və yarlananlar var:
"Hücumun insanların işə getdiyi bir vaxtda həyata keçirilməsi səbəbindən ölən və yarlananların sayının çox olması ehtimal edilir. Ölən və yaralanan şəxslərlə bağlı daha dolğun məlumatın yaxın saatlarda verilməsi gözlənilir. Hələ də Kiyevdə təhlükə var. Kiyevdə həyacan siqnalının verilməsi ləğv edilməyib. Ona görə də, insanların sığıncaqda qalması məsləhət görülür".
Qeyd edək ki, bu gün səhər saatlarında Ukraynanın paytaxtı Kiyev şəhəri Rusiya ordusunun raket hücumuna məruz qalıb.