Modern.az

Azad edilən ərazilərdə daha 146 mina aşkarlanıb

Azad edilən ərazilərdə daha 146 mina aşkarlanıb

Aktual

10 Oktyabr 2022, 12:12

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə 146 mina aşkarlayıb.

 

ANAMA-dan Modern.az-a verilən məlumata görə, oktyabrın 3-dən 8-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 92 tank əleyhinə 54 mina və 458 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

 

Nəticədə 316 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!