Modern.az

Ov edənlərin tüfəngləri əllərindən alındı

Ov edənlərin tüfəngləri əllərindən alındı

Aktual

10 Oktyabr 2022, 12:28

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oktyabrın 9-da Padar qəsəbəsi ərazisində Bakı şəhər sakinləri O.Quliyev və R.Məmmədov qanunsuz ov etdikləri üçün saxlanılıblar.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, onlardan müvafiq sənədləri olan 2 ədəd “BA312” və “Huğlu” markalı ov tüfəngləri, 1 ədəd “Kral Puncher” markalı tir tüfəngi, 97 ədəd patron, 2 qutu tir patronları, 2 ədəd patrondaş, digər ov ləvazimatları və 8 ədəd ovlanmış çöl ördəyi aşkar olunaraq götürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı