Belarus prezidenti Aleksandr Lukaşenko hərbi təhlükəsizliklə bağlı iclas keçirib.
Modern.az xəbər verir ki, ölkənin güc strukturlarının rəhbərlərini toplayan Lukaşenko Belarus hakimiyyətinə müxalif qüvvələrin Polşa, Litva və Ukraynada silahlandığını iddia edib.
Onun sözlərinə görə, silahlı şəxslər Belarusda terror aktları törətmək üçün hazırlanıb.
Xatırladaq ki, Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri İvan Tertel oktyabrın 6-da xaricdəki müxalifətin ölkədə sabitliyi pozmaq üçün terror aktları planlaşdırdığını bildirmişdi.