Modern.az

Blinken Paşinyanla Praqa görüşündən DANIŞDI

Blinken Paşinyanla Praqa görüşündən DANIŞDI

Aktual

10 Oktyabr 2022, 18:50

Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

 

Tərəflər Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə ediblər.

 

Bundan əlavə, Paşinyan və Blinken oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüşün nəticələrinə toxunublar. Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü barədə məlumat verib.

 

Blinken ABŞ-ın danışıqlar prosesinə, Cənubi Qafqazda sülh və sabitliyə töhfə verməyə hazır olduğunu söyləyib.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı