Modern.az

Məşhur futbolçu dünya çempionatını buraxacaq

Məşhur futbolçu dünya çempionatını buraxacaq

Aktual

16 Oktyabr 2022, 15:55

“Çelsi”nin və İngiltərə millisinin müdafiəçisi Ris Ceyms zədə səbəbindən Qətərdə keçiriləcək Dünya Çempionatında iştirak edə bilməyəcək.

 

Modern.az xəbər verir ki, futbolçu Çempionlar Liqasında İtaliya “Milan”ı ilə matçda zədələnib.

 

O, dizindən aldığı zədə ilə bağlı tibbi müayinədən keçib. Nəticədə idmançının ən azı səkkiz həftə ərzində sağalacağı və buna görə də Dünya Çempionatının startına kimi formaya düşməyə vaxtı qalmayacağı məlum olub.

 

Qeyd edək ki, Dünya Çempionatı 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Oyunlar Qətərin beş şəhərindəki səkkiz stadionda təşkil olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı