Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 61 yeni yoluxma faktı qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Modern.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 1 nəfər ölüb.
Azərbaycanda indiyədək ümumilikdə 822 599 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 812 228 nəfər müalicə olunaraq sağalıb, 9932 nəfər vəfat edib, aktiv xəstə sayı 439 nəfərdir.
Son sutka ərzində 2332, hazırkı dövrədək isə 7 289 143 test aparılıb.
