Modern.az

Müflisləşmə rekord həddə çatdı

Müflisləşmə rekord həddə çatdı

Aktual

16 Oktyabr 2022, 18:05

Yaponiyada aprel-sentyabr aylarında korporativ müflisləşmələrin sayı son üç ildə ilk dəfə artım göstərərək rekord həddə çatıb.

 

Modern.az xəbər verir ki, şirkətlərin iflas halları bir il əvvəlki ilə müqayisədə 6,9% artaraq 3141 olub.

 

“Tokyo Shoko Research” mərkəzinin sorğusuna görə, müflisləşmələrin çoxalmasının səbəblərindən biri COVID-19 pandemiyası səbəbindən dövlət yardımı almaqdakı çətinliklər olub.

 

Digər səbəblər isə xammalın yüksək qiymətləri, milli valyutanın ABŞ dollarına nisbətdə zəifləməsi ilə əlaqədardır.

 

Şirkətlərin müflis olmasından sonra qalan öhdəliklərin ümumi məbləği altı ay ərzində üç dəfə artaraq 1,74 trilyon yen (11,70 milyard dollar) təşkil edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı