Modern.az

Nazirlik sahibkarı 6 min manat cərimələdi

Nazirlik sahibkarı 6 min manat cərimələdi

Aktual

17 Oktyabr 2022, 10:40

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olan məlumat əsasında fiziki şəxs Fərzəliyev Tahir Təvəl oğlu barədə qərar qəbul edib.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

 

Məlumata görə, araşdırma zamanı həmin şəxsin Türkiyə istehsalı mühərrik yağlarını idxal edərək istehlakçılara Yaponiya istehsalı kimi təqdim etməsi, eləcə də İran da istehsal olunan və ölkəmizə idxal etdiyi məhsulların qablaşdırmalarının üzərində mənşə ölkəsi barədə təhrif edilmiş məlumatların olması və bununla da, haqsız rəqabətə yol verməsi əlamətlərinin aşkar edilməsi ilə bağlı iş qaldırılıb.

 

İşə baxılmanın nəticəsi olaraq, sahibkara 6 229 manat maliyyə sanksiyası tətbiq edilib və haqsız rəqabətə yol verməməsi barədə göstəriş verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı