Modern.az

Yeni doğulan körpələr - Əkizlər və oğlanlar daha çoxdur

Yeni doğulan körpələr - Əkizlər və oğlanlar daha çoxdur

Aktual

17 Oktyabr 2022, 11:16

Bu il doğulan körpələrin sayı açıqlanıb.

 

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust ayları ərzində 83010 doğulan körpə qeydə alınıb.

 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,0-dan 12,4-ə qədər artıb.

 

Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 52,9 faiz, qızların xüsusi çəkisi isə 47,1 faiz olub. Körpələrdən 2310-u əkiz, 105-i üçəm, 4-ü isə dördəm doğulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı