Modern.az

“WhatsApp”da yeni funksiya

“WhatsApp”da yeni funksiya

Aktual

24 Oktyabr 2022, 12:18

Android üçün "WhatsApp" messencerinin 2.22.23.12 beta versiyasında şəxsi çatlarda sorğular yaratmaq imkanı peyda olub. Bundan əvvəl qrup söhbətlərində oxşar funksiya tətbiq olunub. İndi isə artıq şəxsi yazışmalarda da sorğular yaratmaq mümkündür.

 

Modern.az xəbər verir ki, sorğunun interfeysi və funksionallığı qrup çatlarında olduğu kimi qalıb. İstifadəçilər 12 cavab variantını özündə birləşdirən sorğu yarada bilərlər.

 

Məlumata görə, qrup və şəxsi çatlarda sorğular şifrələnir. Odur ki, hətta tərtibatçılar belə bu və ya digər cavabı seçmiş istifadəçiləri müəyyənləşdirə bilməyəcəklər.

 

Hazırda yenilik beta test mərhələsindədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!