Modern.az

“Mercedes” şirkəti Rusiya bazarından çıxır

“Mercedes” şirkəti Rusiya bazarından çıxır

Aktual

26 Oktyabr 2022, 11:23

Məşhur Almaniya şirkəti “Mercedes-Benz” Rusiya bazarını tərk etmək və Moskva vilayətindəki zavod da daxil olmaqla törəmə şirkətlərindəki səhmləri “Avtodom” dilerinə satmaq niyyətindədir.

Modern.az xəbər verir ki, bu barədə avtomobil istehsalçısının bəyanatında deyilir.


"Mercedes-Benz Rusiya bazarından çıxmaq və törəmə şirkətlərindəki paylarını yerli investora, AVTODOM şirkətinə satmaq niyyətindədir (SC Mercedes-Benz RUS, LLC Mercedes-Benz Manufacturing Rus, MMC Mercedes-Benz Financial Services Rus, Mercedes-Benz Bank Rus MMC, Mercedes-Benz Capital Rus MMC)”.

“Avtodom” isə öz növbəsində brendin Rusiya Federasiyasında satışdan sonrakı xidmətini saxlamaq üçün mümkün olan hər şeyi etmək niyyətində olduqlarını bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı