Modern.az

Qəza olan əraziyə günün sonuna qədər su veriləcək

Qəza olan əraziyə günün sonuna qədər su veriləcək

Aktual

26 Oktyabr 2022, 12:16

Yasamal rayonu, Əsəd Əhmədov küçəsində magistral su kəmərində baş vermiş qəza günün sonuna aradan qaldırılaraq mərkəzi və məhəllədaxili anbarlara suyun nəqli təmin ediləcək.

 

Bu barədə Modern.az-a "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı bildirib.

 

"Bu müddətdə mərkəzi və məhəllədaxili anbarlardakı su ehtiyatı hesabına əhali dayanıqlı içməli su ilə təmin olunacaq.

Eyni zamanda qəza baş verən.ərazidə yol yatağının bərpası işləri həyata keçiriəcək və nəqliyyatın normal hərəkəti mümkün olacaq", - qurum rəsmisi əlavə edib.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...