Modern.az

Hərbi komissarlığın binası YANDIRILDI

Hərbi komissarlığın binası YANDIRILDI

Aktual

26 Oktyabr 2022, 12:24

Rusiyanın Tıva respublikasında hərbi komissarlıqda yanğın olub.

 

Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə oktyabrın 25-i Kızıl şəhərində qeydə alınıb.

 

Məlumata görə, yanğınsöndürənlər hadisə yerinə gəldikdə hərbi komissarlığın binasının pəncərəsində yanğın baş verib. Yanğının qarşısını almaq üçün 12 yanğınsöndürən və 3 texnika cəlb olunub.

 

Yanğının qəsdən törədildiyi ehtimal edilir. Belə ki, hadisə yerində şüşə qırıqları və yanacağa batırılmış parça aşkar olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?