Modern.az

İranda etirazlar - Universitetlər bağlandı

İranda etirazlar - Universitetlər bağlandı

Aktual

26 Oktyabr 2022, 12:54

İranın Ərdəbil, Kürdüstan və digər əyalətlərində təhsil müəssisələri bağlanıb.

 

Modern.az Günaz.tv-yə istinadən xəbər verir ki, bu barədə İranın Təhsil Nazirliyi məlumat yayıb.



Hökumət universitetlərin bağlanmasını qrip virusunun yayılması ilə əlaqələndirib. Lakin ehtimal olunur ki, bu addım ölkəni bürüyən etiraz aksiyaları ilə bağlıdır. 

 

Hazırda Ərdəbil və Kürdüstanda Məhsa Əmini adlı gənc qızın polis zorakılığı nəticəsində ölməsinə etiraz olaraq aksiyalar keçirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı