Modern.az

ABŞ Ukraynaya iki NASAMS silahı VERDİ

ABŞ Ukraynaya iki NASAMS silahı VERDİ

Aktual

26 Oktyabr 2022, 13:14

ABŞ ilk iki NASAMS zenit-raket kompleksini Ukraynaya təhvil verib.

 

Modern.az xəbər verir ki, bu sözləri çərşənbə axşamı NASAMS istehsalçısı, Amerikanın Raytheon Technologies şirkətinin baş direktoru Qreq Hayes CNBC televiziyasına müsahibəsində deyib.

 

"Biz iki NASAMS sistemini bir neçə həftə əvvəl ABŞ hökumətinə təhvil vermişik. Artıq bu gün onlar Ukraynada yerləşdirilir”, - baş direktoru bildirib.

NASAMS aşağı və orta hündürlükdə raketləri, təyyarələri və digər hava hədəflərini vurmaq üçün nəzərdə tutulmuş mobil zenit-raket sistemidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?