Belarus prezidenti Aleksandr Lukaşenko yaxın vaxtlarda İrana səfərə hazırlaşır.
Modern.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian çərşənbə günü belaruslu həmkarı ilə birgə mətbuat konfransında bildirib.
Qeyd edək ki, Belarusun xarici işlər naziri Vladimir Makein oktyabrın 26-da Tehrana gəlib.
İran və Belarusun baş diplomatının görüşündə bir sıra məsələlər müzakirə edilib. Onların görüşünün təfərrüatları hələ dərc edilməyib.