Modern.az

Ev telefonlarının aylıq abunə haqqına DƏYİŞİKLİK

Ev telefonlarının aylıq abunə haqqına DƏYİŞİKLİK

Aktual

26 Oktyabr 2022, 16:34

Azərbaycanda sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) çatdırılıb, şəhərlərarası telefon danışıqları üzrə tarif isə 5 qəpikdən 3 qəpiyə endirilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı qərar Tarif Şurasının bu gün keçirilmiş növbəti iclasında qəbul edilib.

 

Məlumata görə, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifləri qəbul edilib.

 

Qərar noyabrın 1-dən qüvvəyə minəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı