Modern.az

İran PUA-larının 70%-i vurulub - ZELENSKİ

İran PUA-larının 70%-i vurulub - ZELENSKİ

Aktual

27 Oktyabr 2022, 11:30

Rusiya ordusu Ukrayna ərazisində İranın 400-ə yaxın kamikadze PUA-sını istifadə edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.


“Artıq 400-ə yaxın İranın pilotsuz uçuş aparatı Ukraynanın mülki əhalisinə qarşı istifadə olunub. Buna baxmayaraq, mən hərbçilərimizə minnətdaram ki, onların 60-70%-i vurulub. Bu pis nəticə deyil, lakin İran PUA-larının hücumlarına görə yaxınlarını itirən hər kəsə başsağlığı verirəm”, - deyə Zelenski vurğulayıb.

 

Qeyd edək ki, Rusiya Ukrayna müharibəsində İran istehsalı PUA-lardan istifadə etsə də, Tehran israrla bunu təkzib etməyə çalışır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı