Bakı metrosunda pik saatlarda qatarlar arasında interval iki dəqiqə ilə davam etdirilir.
Modern.az-ın məlumatına görə, bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədr müavini Hidayət Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, intervalı 2 dəqiqədən az etmək mümkün deyil.
H. Məmmədov bəzi stansiyalarda qatarlar arasında intervalın daha çox olması məsələsinə də aydınlıq gətirib. Qurum rəsmisi qeyd edib ki, bu proses "28 May" stansiyasından sonra yaranır:
"Metronun "Həzi Aslanov" - "28 May" stansiyaları arasında pik saatlarda interval 2 dəqiqə müəyyənləşdirilib. "28 May" stansiyasından "İçərişəhər" və "Dərnəgül" stansiyalarına da qatarlar 2 dəqiqə intervalla hərəkət edir. "Həzi Aslanov" stansiyasında gələn qatar 2 dəqiqə intervalla "İçərişəhər" stansiyasına, digər qatar isə "Dərnəgül" stansiyasına eyni intervalla gedəndə qatarlararası interval 4 dəqiqəyə qədər uzanır".