"Qəza anından etibarən mənimlə çox yaxından maraqlanan, dəstək verən dost və qardaş Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm".
Modern.az xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım deyib.
Qəzadan sonra ilkin müdaxilənin Azərbaycanda edildiyini deyən AKP sədrinin müavini anında helikopterlə Bakıya Mərkəzi Kliniki Xəstəxanaya çatdırıldığını, Azərbaycanda edilən ilkin müdaxilələrdən sonra xüsusi təyyarə ilə Türkiyəyə gətirildiyini və müalicəsinin burada davam etdirildiyini bildirilib.
Binəli Yıldırım keçirdiyi çətin dövrdə ona dəstək göstərən hər kəsə təşəkkürünü bildirərək müalicəsinin evdə davam etdiriləcəyini söyləyib.
Xatırladaq ki, B.Yıldırım və Ş.Ayrım oktyabrın 20-də Cəbrayıldan Zəngilan Beynəlxalq Hava Limanına qayıdarkən qəzaya düşüblər. Hadisədən sonra Türkiyə rəsmiləri helikopterlə paytaxt Bakıdakı xəstəxanaya aparılıb. Azərbaycan Prezidenti İlham Əliyev Binəli Yıldırım və Şamil Ayrıma müalicə olunduqları xəstəxanada baş çəkib. Daha sonra onlar təcili yardım təyyarəsi ilə İstanbula yola salınıb.