Modern.az

İranda etirazçılar icra hakimiyyətinin binasını yandırdılar - VİDEO

İranda etirazçılar icra hakimiyyətinin binasını yandırdılar - VİDEO

Aktual

27 Oktyabr 2022, 14:36

İranın Soyuqbulaq (Mahabad) şəhər İcra Hakimiyyətinin binası etirazçıların nəzarətinə keçib.

 

Modern.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı görüntülər yayıb. 

 

Kadrlarda qəzəbli sakinlərin dövlət binasını yandırdığı və “Ölüm olsun diktatora!” şüarı səsləndirdiyi görünür.

 

Qeyd edək ki, İranda polis tərəfindən saxlanıldıqdan sonra ölən 22 yaşlı Məhsa Əmini ilə bağlı etirazlar hələ də səngimək bilmir.

 

 

Sizə yeni x var
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?