Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidəçiləri Azərbaycanla sərhəddə ilk patrulluğa başlayıb.
Modern.az xəbər verir ki, bu barədə Aİ Təhlükəsizlik və Müdafiə Xidmətinin tvitterdə yayılan məlumatında deyilir.
"Növbəti iki ay ərzində Aİ-nin monitorinq missiyası etimadın möhkəmləndirilməsi və sərhəd məsələləri üzrə komissiyaların işini təşviq etmək məqsədilə Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfindəki vəziyyətə nəzarət edəcək", - məlumatda qeyd edilir.