Modern.az

“Qış parkı” yaxınlığında yanğın - YENİLƏNİB

“Qış parkı” yaxınlığında yanğın - YENİLƏNİB

Aktual

27 Oktyabr 2022, 18:12

Xəbər verildiyi kimi, bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonunun Dilarə Əliyeva küçəsində – “Qış parkı”nın yaxınlığında yerləşən tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub və FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən yanğın qısa müddətdə söndürülüb.

 

FHN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, hadisəyə operativ müdaxilə sayəsində alovun genişlənərək bitişik tikililərə keçməsinə imkan verilməyib.

 

Yanğın nəticəsində ilkin məlumata əsasən, vətəndaşa məxsus ümumi sahəsi 30 kvadratmetr olan ikiotaqlı evin dam örtüyü 6 kvadratmetr və təsərrüfat otağının yanar konstruksiyaları 20 kvadratmetr sahədə yanıb.

 

Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə edilib.

 

***

15:34

 

Bakı şəhərinin Nəsimi rayonunda "Qış parkı" yaxınlığında birmərtəbəli tikilidə yanğın başlayıb.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə "Qış parkı" yaxınlığında birmərtəbəli tikilidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı