Modern.az

Xamenei qisas alacaqlarını BƏYAN ETDİ

Xamenei qisas alacaqlarını BƏYAN ETDİ

Aktual

27 Oktyabr 2022, 16:20

İran İslam Respublikasının ali dini rəhbəri Ayətullah Seyid Əli Xamenei Şiraz şəhərindəki Şahçıraq ziyarətgahında törədilmiş terror aktını pisləyərək ölkə əhalisini düşmənlərə qarşı birliyə çağırıb.

Modern.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, ali dini liderin sözlərinə görə, İranın cənub-qərbindəki Fars əyalətinin Şiraz şəhərində törədilən ölümcül terror aktı İranı sarsıtmayacaq.
 

Ayətullah Xamenei “bu cinayətin arxasında duran günahkarlar mütləq cəzalarını alacaqlar”, - deyə vurğulayıb.

Xatırladaq ki, ötən gün İranın Şiraz şəhərində yerləşən Şahçerağ ziyarətgahında terror aktı törədilib. 3 silahlı şəxsin Şahçerağ ziyarətgahına hücumu nəticəsində 45 nəfərin öldüyü bildirilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı