Modern.az

Hikmət Hacıyev İsrail səfirilə görüşüb

Hikmət Hacıyev İsrail səfirilə görüşüb

Aktual

27 Oktyabr 2022, 16:16

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin ölkəmizdəki səfiri Corc Diklə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail səfiri "Twitter" hesabında bildirib.

 

Diplomat qeyd edib ki, görüşdə ikitərəfli və regional məsələlərə dair səmərəli fikir mübadiləsi aparılıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?