Modern.az

İsmayıllıda ağır qəza - 4 nəfər yaralandı

İsmayıllıda ağır qəza - 4 nəfər yaralandı

Aktual

27 Oktyabr 2022, 15:04

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ yolunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "QAZel" markalı avtomobilin "KamAZ" markalı avtomobilə arxadan çırpılması nəticəsində Balakən rayon sakinləri - 1990-cı il təvəllüdlü Alqayeva Nübar Tahir qızı, 2002-ci il təvəllüdlü Orucov Elcan Vahid oğlu, 1964-cü il təvəllüdlü Alqayeva Ziyafət Amil qızı və 1978-ci il təvəllüdlü Alqayeva Lalə Mollaəli qızı xəsarət alıb.

 

Xəsarət alanlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!