Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan İsrailin müdafiə naziri Benni Qantzı qəbul edib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, görüşdə Türkiyənin milli müdafiə naziri Hulusi Akar da iştirak edib.
***
İsrail və Türkiyə müdafiə sahəsində əməkdaşlığı bərpa edir.
Modern.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Benni Qantz Ankaraya işgüzar səfəri zamanı türkiyəli həmkarı Hulusi Akarla birgə mətbuat konfransında bildirib.
“Biz israillilərin həyatını xilas edən həyati əməkdaşlığa görə Türkiyəyə minnətdarıq. Əvvəllər razılaşdırıldığı kimi, mən işçilərimə iş əlaqələrini bərpa etmək üçün prosedurlara başlamağı tapşırmışam”, - deyə Qantz söyləyib. İsrailli nazirin sözlərini onun mətbuat xidməti yayıb.
Çərşənbə günü Qantz Türkiyəyə işgüzar səfərə başlayıb və səfər zamanı onun prezident Rəcəb Tayyib Ərdoğanla da görüşü planlaşdırılır.