Modern.az

Çin lideri ABŞ-ı əməkdaşlığa ÇAĞIRDI

Çin lideri ABŞ-ı əməkdaşlığa ÇAĞIRDI

Aktual

27 Oktyabr 2022, 16:56

“ABŞ və Çin dünyada sülhü təmin etmək üçün bir-biri ilə münasibətləri qaydasına salmalıdır”.

 

Modern.az “dw”yə istinadən xəbər verir ki, bunu Çinin Sədri Si Cinpin bildirib.

 

Çinin rəsmi televiziyası oktyabrın 27-də onun çıxışını yayıb. Ölkə başçısı dünyanın nə sakit, nə də dinc olmadığını vurğulayaraq deyib: “ABŞ və Çin beynəlxalq sabitliyi təşviq etmək üçün birlikdə çalışmalıdır”.

 

Si Cinpin ABŞ-ı əməkdaşlığı genişləndirməyə çağırıb.

 

Onun sözlərinə görə, bu, yalnız Çin və ABŞ-ın deyil, bütün dünyanın rifahına faydalı olar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı