Modern.az

Avropa Mərkəzi Bankı uçot dərəcəsini artırıb

Avropa Mərkəzi Bankı uçot dərəcəsini artırıb

Aktual

27 Oktyabr 2022, 16:40

Avropa Mərkəzi Bankı kreditlər üzrə baza uçot dərəcəsini 0,75 faiz bəndi artıraraq 2 faiz səviyyəsində müəyyən edib.

 

Modern.az xəbər verir ki, bu barədə qərar Bankın İdarə heyətinin bugünkü iclasında qəbul edilib.

 

Eyni zamanda, Avropa Mərkəzi Bankı depozitlər üzrə uçot dərəcəsini 1,5 faiz, qısamüddətli kreditlər üzrə uçot dərəcəsini 2,25 faiz səviyyəsinədək artırıb.

 

Avropa Mərkəzi Bankı bununla uçot dərəcələrini ard-arda ikinci dəfə artırıb. Qurum növbəti iclasda da faiz dəhlizinin artırıla biləcəyini istisna etməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı