Modern.az

Tanınmış idmançını öldürən şəxsin 20 il həbsi istənildi

Tanınmış idmançını öldürən şəxsin 20 il həbsi istənildi

Aktual

27 Oktyabr 2022, 18:05

Prokuror “Emin 444” ləqəbli şəxsin ölümünə görə qisas məqsədilə qətl törətmiş Samir Şirəliyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Modern.az xəbər verir ki, bu barədə dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədriliyi ilə keçirilən prosesdə elan edilib.

 

Məhkəmənin növbəti iclası noyabrın 17-nə təyin edilib.

 

Qeyd edək ki, hadisə bu il Nəsimi rayonu, 6-cı mikrorayon ərazisində baş verib. Tanınmış idmançı, dünya çempionu Zaur Yusifov evinin yaxınlığında marketdə “Vinçester” markalı silahla güllələnərək qətlə yetirilib.

 

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Samir Şirəliyev saxlanılaraq istintaqa təhvil verilib.

 

Zaur Yusifov "Emin 444" ləqəbi ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətlində təqsirləndirilib.

 

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ötən ilin oktyabrında elan olunmuş hökmə əsasən, hadisədə iştirakı sübut olunmadığı üçün Zaur Yusifova bəraət verilib.

 

Zaur Yusifovun qətlinin qisas məqsədilə törədildiyi istisna edilmir. Çünki onu qətlə yetirən Samir Şirəliyev “Emin 444” kimi tanınan Emin Səfərovun xalası oğludur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı