Modern.az

Mask "Twitter"i aldığını rəsmən elan etdi

Mask

Aktual

27 Oktyabr 2022, 19:12

Tesla və SpaceX şirkətinin rəhbəri İlon Mask "Twitter"i satın aldığını açıqlayıb.

 

Modern.az xəbər verir ki, milyarder "Twitter"i bəşəriyyətə kömək etmək üçün aldığını bildirib.

 

"Twitter""i satın almaq motivasiyamı şəxsən sizinlə bölüşmək istədim. "Twitter"i niyə aldığım və reklam haqqında nə düşündüyümlə bağlı çoxlu fərziyyələr var idi, bunun əksəriyyəti səhvdir. Mən onu aldım, çünki sivilizasiyanın gələcəyi üçün müxtəlif dinlərə mənsub insanların sağlam, qeyri-zorakı müzakirələr apara biləcəyi ortaq rəqəmsal platformanın olması vacibdir. Mən bunu daha çox pul qazanmaq üçün etmədim. Mən bunu bəşəriyyətə kömək etmək üçün etdim", - Mask şəxsi "Twitter" hesabında yazıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı