“Qarabağ” klubu UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
Modern.az xəbər verir ki, turnirin qrup mərhələsinin beşinci turu çərçivəsində Ağdam komandası Fransada “Nant” klubunun qonağı olub.
"Bojuar" stadionunda oynanılan matç “Nant”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Danimarkalı baş hakim Yakob Kehletin idarə etdiyi oyunda “Qarabağ”ın heyətində Filip Ozobiç fərqlənib. Rəqib komandanın qollarını isə Ludovik Blas və İqnatius Qanaqo vurublar.
Qeyd edək ki, hesabında 7 xal olan Ağdam təmsilçisi G qrupunda ikinci pillədə yer alıb. “Nant” 6 xalla üçüncüdür. Qrupa 13 xalla Almaniyanın “Frayburq” klubu başçılıq edir. Yunanıstanın “Olimpiakos” klubu 2 xalla sonuncudur.
***
“Nant” ikinci qolu vurub. Moses Simon 90+4-cü dəqiqədə fərqlənib.
***
Fransada keçirilən “Nant” - “Qarabağ” oyununda hesab bərabərləşib.
Modern.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Filip Ozobiçə qarşı kobud oyuna görə “Nant”ın qapısına penalti zərbəsi təyin edilib.
Ozobiç matçın 56-cı dəqiqəsində penalti zərbəsini dəqiq yerinə yetirib və hesab bərabərləşib – 1:1.
***
UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Fransada keçirilən “Nant” - “Qarabağ” oyununda birinci hissə başa çatıb.
Modern.az xəbər verir ki, "Bojuar" stadionunda oynanılan matçın 17-ci dəqiqəsində “Nant”ın futbolçusu Ludovik Blas hesabı açıb.
Matçın ilk hissəsi Fransa klubunun üstünlüyü ilə yekunlaşıb.
***
“Nant” - “Qarabağ” oyununda hesab açılıb.
Modern.az xəbər verir ki, Fransa klubunun oyunçusu Ludovik Blas 17-ci dəqiqədə fərqlənib.
***
Fransada UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində keçirilən “Nant” - “Qarabağ” oyunu başlayıb.
Modern.az xəbər verir ki, "Bojuar" stadionunda oynanılan matçı danimarkalı baş hakim Yakob Kehlet idarə edir.
Qeyd edək ki, hesabında 7 xal olan Ağdam təmsilçisi G qrupunda ikinci pillədə qərarlaşıb. Üç xalı olan “Nant” isə üçüncüdür.
Qrupun digər oyununda “Frayburq” Almaniyada Yunanıstanın “Olimpiakos” klubunu qəbul edir.
***
Fransada UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda üz-üzə gələcək "Nant" və "Qarabağ"ın start heyətləri bəlli olub.
Modern.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
"Nant": 1. Alban Lyafon, 3. Andrey Cirotto, 5. Pedro Çirivelya, 7. Evann Gessan, 8. Samüel Mutussami, 10. Lüdovik Blas, 21. Jan-Şarl Kastelletto, 24. Sebastyan Korşya, 29. Kenten Merlen, 31. Mustafa Məhəmməd, 55. Abdul-Kader Bamba
Ehtiyat oyunçular: 16. Remi Deskam, 30. Denis Petriç, 2. Fabio, 4. Nikolya Pallua, 11. Markus Koko, 12. Dennis Appia, 14. İqnatius Qanaqo, 17. Mussa Sissoko, 19. Məhəmməd Açi, 22. Qor Manvelyan, 27. Moyzes Simon
Baş məşqçi: Antuan Kambuare
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 19. Filip Ozobiç, 20. Kadi Borges. 27. Toral Bayramov, 29. Marko Veşoviç, 81. Kevin Medina
Ehtiyar oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Julio Roman, 8. Marko Yankoviç, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov
Qeyd edək ki, "Bojuar" stadionunda oynanılacaq "Nant" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.