Modern.az

Paşinyanın partiyası qapalı qurultay keçirir

Paşinyanın partiyası qapalı qurultay keçirir

Aktual

29 Oktyabr 2022, 11:17

Ermənistanın hakim “Vətəndaş müqaviləsi“ partiyası baş nazir Nikol Paşinyanın da iştirak etdiyi qapalı qurultay keçirir.


Modern.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, İrəvandakı idman-konsert kompleksində keçirilən qurultaya deputatlar, icma rəhbərləri, müxtəlif rəsmi şəxslər, eləcə də digər qonaqlar çağırılıb.


Qurultay hələ sentyabrın 18-də keçirilməli idi, lakin o zaman sərhəddəki gərginlik səbəbindən təxirə salınmışdı. Qurultayda partiya idarə heyətinin yeni tərkibi seçiləcək.
 

Xatırladaq ki, partiya əvvəlki qurultayını 2019-cu ilin iyununda keçirib. O zaman Suren Papikyan İdarə Heyətinin sədri seçilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı