Modern.az

UEFA-dan Azərbaycanlı referiyə tarixi təyinat

UEFA-dan Azərbaycanlı referiyə tarixi təyinat

Aktual

31 Oktyabr 2022, 11:38

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinin matçına təyinat alıb.

 

 PFL-dən Modern.az-a verilən məlumata görə, təcrübəli hakimimiz qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinin sonuncu turundakı “Kopenhagen” – “Borussiya” (Dortmund) matçında fit çalacaq.

 

Bu Azərbaycan futbol tarixində ilk belə haldır.   

 

Qeyd edək ki, “Kopenhagen” – “Borussiya” matçı noyabrın 3-ü saat 00:00-da başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!