Modern.az

Goranboyda “ağ qızıl”dan gözləntilər yüksəkdir

Goranboyda “ağ qızıl”dan gözləntilər yüksəkdir

Aktual

31 Oktyabr 2022, 14:00

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri və aidiyyəti məsul şəxslərlə birgə, “Azərpambıq” MMC-nin Goranboy rayon pambıq qəbulu məntəqəsində olub.

 

Modern.az xəbər verir ki, icra başçısı, hazırda rayonda aparılan pambıq yığımı və xammalın Qəbul məntəqələrinə daşınması, saxlanılması, yanğın təhlükəsizliyinin təmin edilməsi, ümumilikdə Qəbul məntəqəsinin fəaliyyəti ilə yerində maraqlanıb.

 

Goranboy rayonunda cari məhsul ilində  2526,2 hektar sahədə pambıq becərilmişdir. Rayonda pambıqçılığın becərilməsi və tədarükü ilə bağlı  “MKT İstehsal Kommersiya” MMC,  “Azərpambıq” MMC və “Goran-Cotton” MMC fəaliyyət göstərir. Sentyabr ayının əvvəlindən başlanan pambıq yığımı hazırda davam etdirilir  və 31 oktyabr 2022-ci il tarixə 3800 tona  yaxın məhsul toplanıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı