Modern.az

İranda yoluxma yenidən artıb

İranda yoluxma yenidən artıb

Aktual

31 Oktyabr 2022, 15:32

İranda ötən sutka ərzində 213 nəfər koronavirusa (COVID-19) yoluxub, 5 nəfər ölüb.

 

Modern.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

 

Bununla da İranda virusdan ölənlərin sayı 144 576 nəfər, yoluxanların sayı isə 7,55 milyondan çoxdur. Virus daşıyıcılarından 133 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

Ölkədə indiyədək 7,33 milyon nəfərdən çox şəxs koronavirusdan sağalıb, 54,3 milyondan çox diaqnoz testi həyata keçirilib.

 

Ümumilikdə, İranda təxminən 155 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 65,1 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58,5 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 31,3 milyon təşkil edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı