Bosniya və Herseqovina millisi Rusiya yığması ilə əvvəllər planlaşdırılan oyundan imtina edib.
Modern.az xəbər verir ki, bu barədə Bosniya və Herseqovina Futbol İttifaqı açıqlama yayıb.
"Noyabrın 19-da Sankt-Peterburqda Bosniya və Herseqovina və Rusiya yığmaları arasında keçiriləcək yoldaşlıq oyunu keçirilməyəcək. Birliyin icraiyyə komitəsinin bu gün keçirilən iclasında qərar verilib ki, matç təxirə salınır", - məlumatda deyilir.