Modern.az

MakTAB-ın ilk tədris modulu tamamlanıb - FOTO

MakTAB-ın ilk tədris modulu tamamlanıb - FOTO

Aktual

31 Oktyabr 2022, 16:14

Oktyabrın 25-də başlayan “Tarixi abidələrinin bərpası" MakTAB-ın ilk tədris modulu başa çatıb. Alman bərpaçı, elmlər doktoru Corc Gilbertin rəhbərliyi ilə dövlət və özəl sektorun 40-dan çox nümayəndəsi, tələbə və fiziki şəxslər 3 gün 24 akademik saat ərzində konservasiya və bərpa işləri üzrə nəzəri biliklərə yiyələnib, İçərişəhər qoruğunun abidələri timsalında dövlət tərəfindən aparılan bərpa işləri ilə tanış olublar.

 

Bunu bu gün Modern.az-a “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsindən bildiriblər

 

Qeyd edək ki, “Tarixi Abidələrin Bərpası” məktəbi Mak’TAB “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə səyi və təşəbbüsü ilə görülən çoxsaylı işlərə öz dəstəyini göstərmək üçün tətbiq olunub.

 

Məqsəd Azərbaycanda bərpaçıları həmin təlimə cəlb edərək onlara tarixi abidələrin bərpası istiqamətində əlavə biliklər qazandırmaqdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...