Modern.az

QHT-lərin üzərinə böyük məsuliyyət düşür - Azay Quliyev

QHT-lərin üzərinə böyük məsuliyyət düşür - Azay Quliyev

Aktual

1 Noyabr 2022, 11:24

Sentyabr ayında komitənin gündəliyi müəyyənləşərkən, parlamentin QHT-lərlə əməkdaşlığı əsas götürülüb.

 

Modern.az xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri, deputat Azay Quliyev Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında deyib.

 

“Parlament-QHT əməkdaşlığının gücləndirilməsi üçün işlər görülür. Parlamentin QHT-lərə yaratdığı şəraitə diqqət yetirilməlidir. QHT-lərin üzərinə böyük məsuliyyət düşür. Bu gün Azərbaycanın siyasi, diplomatik maraqlarını QHT-lər müdafiə etməlidir. Ölkəmizə qarşı diplomatik savaş hər kəsə məlumdur, burada QHT-lərin dəstəyi də vacibdir. Sizin parlamentdən gözləntiləriniz var, təbii ki, biz bu məsələni müzakirə etməyə hazırıq. Əsas sizlərin təklif və iradlarınızı dəyərləndirəcəyik. Eyni zamanda “Qeyri-hökumət təşkilatları haqqında” və “Qrant haqqında” qanunlara dəyişikliklər təklif olunur. Dəyişikliklər müsbət qiymətləndirilir. Bu baxımdan sizin təklifləriniz vacibdir", - deyə Azay Quliyev bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı